ru ua en fr de it pt se se by hu
az nl gr ge il kz lv ro tr cz us
                                                                     
   Artıq Siz Bizim Kiyev mini-mehmanxanamızda otaq seçmisiniz, indi Siz onu ayıra bilərsiniz, biz də Sizə kömək edəcəyik. Əvvəlcədən onu demək istəyirik ki, otağı ayıraraq Siz 1 günlük sifariş pulunu depozit hesabınıza keçirməlisiniz. Həmin depozit qiymətin hissəsi hesab edilir, yəni, mehmanxanaya daxil olduqda Siz yalnız qiymətin qalıq hissəsini ödəyirsiniz. Depozitə keçirilmiş vəsaitlər Siz göstərdiyiniz tarixdə məhz seçdiyiniz otağı icarəyə götürəcəyinizi təmin edir.

Sifarişlərin qəbulu üzrə menecerin əlaqələri:

  •         8 (044) 483 94 97          
  •         8 (044) 483 94 98           
  •         8 (050) 381 71 23           
  •         8 (093) 431 92 20           
  •         email: superhotel@ukr.net    

Otağın qabcadan ayrılması və ayırmanın ləğv edilməsi:

  1. Otaq yalnız 1 günlük depozit ödəniləndən sonra ayrıla bilər;
  2. Sizin istəyinizlə otağın ayrılması ləğv edildiyi halda biz Sizə depoziti aşağıdakı cədvələ uyğun olaraq geri qaytarırıq:
Daxil olma tarixinə qədər qalmış günlər15-298-143-70-2
Depozitin geri qaytarılan hissəsi70%50%20%0%

       Sizin adınızdan depozit daxil olduqdan sonra biz otağın ayrılmasını təsdiq edirik və daxil olma vaxtını Sizinlə razılaşdırırıq.

Mehmanxanada qalma müddətinin dəyişməsi:

  1. Siz mehmanxanada qalma müddətini dəyişdirdiyiniz halda bizə bu hadisə haqqında mehmanxanaya daxil olacağınız vaxtdan 24 saat əvvəl məlumat verməlisiniz;
  2. Siz mehmanxanaya daxil olduğunuzdan 24 saat əvvəl bizə məlumat vermədiyiniz halda Sizdən 1 günlük qiymət şəklində cərimə alınır.

Otaq ayırmasının qaydaları:

  1. Otaqdan köçmə saat 12:00-a kimi həyata keçirilir;
  2. Otağa daxil saat 14:00-dan sonra başlanır;
  3. Tam ödəmə yalnız mehmanxanaya daxil günü həyata keçirilir;
  4. Mehmanxanaya daxil olduqda Siz şəxsiyyətinizi təsdiq edən sənədləri təqdim edirsiniz;
  5. Otağa daxil olduğunuz andan Siz otaqda olan əmlakın korlanması və açarların itməsi ilə bağlı məsuliyyəti öz boynunuza götürürsünüz;
  6. Əmlak korlandığı halda vurulmuş ziyan və kompensasiya məbləği müəyyən edilir;
  7. Otaqda qaldığınızda Siz Ukrayna Qanunlarının tələblərini yerinə yetirməlisiniz, o cümlədən, İnzibati cinayətlər Məcəlləsin tələblərini (10, 16, 51, 51-1, 151, 182-ci maddələr)

Qiymətə aşağıdakılar daxildir:  

  1. Qiymətə yalnız bir yataq yerinin qiyməti yox, bütün otağın icarə qiyməti daxirdir;
  2. Otağın yığışdırılması yataq dəstinin və dəsmalların dəyişməsindən ibarətdir. Otaqlar üç gündə bir dəfə yığışdırılır, Sizin üçün rahat olan zaman;
  3. Yataq dəsti və dəsmallar 1 nəfərə 1 ədəd miqdarında verilir;
  4. Mətbəx ləvazimatının istifadəsi, multimediya və məişət texnikasının istifadəsi, telefon xidmərləri, yüksək sürətli internet;
  5. Bütün lazımi hesabat və mühasibat sənədləri.

Qiymətə aşağıdakılar daxil olmur:  

  1. Paltarların yuyulması, ütülənməsi, müştərilərin şəxsi paltarlarının kimyəvi təmizlənməsi;
  2. Otaqların əlavə yığışdırılmasş (4 gündə 1 dəfədən çox);
  3. Transfer xidmətləri.

Ödəmə:

  1. Nağd pul – Depoziti Siz bizim ofisdə ödəyə bilərsiniz və ya biz Sizin istəyinizlə təyin etdiyiniz yerə kuryerimizi göndərə bilərik;
  2. Pul köçürmələri - Western Union ;
  3. On-line – LiqPAY pul sistemi vasitəsilə;
  4. Nağdsız haqq-hesab.

Müştərilərin istəyi ilə biz səhər yeməklərini “Puzata Xata” restoranlar şəbəkəsindən veririk. .

“na Lukyanovke” mini-mehmanxanası — Sizi görməyə hər zaman şadıq!

Kiyev şəhəri, Şevçenko rayonu, Belorusskaya küçəsi, ev 3